13 ildən sonra SOCAR dakı vəzifəsindən ayrıldı

26.10.2026

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) kadr islahatı aparılıb.

Bakıvaxtı.az xəbər verir ki, Afaq Babayeva rəis müavini postundan ayrılıb.

O, 2026-cı ilin iyun-avqust aylarında SOCAR-ın Korporativ Maliyyə Departamentində şöbə rəisinin müavini vəzifəsində çalışıb.

Afaq Babayeva bundan əvvəl SOCAR-ın Korporativ Maliyyə Departamentində və Korporativ İdarəetmə Departamentində baş iqtisadçı, eləcə də şirkətdə əsas məlumatların idarə edilməsi üzrə mütəxəssis vəzifələrində işləyib.

O, SOCAR-da ümumilikdə 13 ildən artıq fəaliyyət göstərib. Bundan əvvəl isə BMT-nin İnkişaf Proqramında (UNDP) maliyyə köməkçisi və layihə köməkçisi vəzifələrində çalışıb./Yurd.Media/

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью