13 ildən sonra Suriyaya ilk aviareys

23.01.2025

Icma.az, Missiya.az portalına istinadən məlumat verir.

Türk Hava Yolları Suriyaya 2012-ci il aprelin 1-dən ölkədəki müharibə səbəbindən dayandırılan uçuşları bərpa edib.

Missiya.Az “Anadolu”ya istinadən  xəbər verir ki, Dəməşqə ilk TK 846 reysi 23 yanvar cümə axşamı 09:00-da İstanbul Hava Limanından havaya qalxıb.

Məlumatda qeyd olunur ki, Suriyaya aviareyslər mütəmadi olaraq həyata keçiriləcək.

Elcan

Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью