13 illik qan davasına parlamentdə son qoyuldu

23.01.2026

Icma.az, Modern.az saytına istinadən bildirir.

Türkiyənin Şırnak vilayətinin Silopi rayonunda Nayci və Onuk ailələri arasında 13 ildir davam edən qan davası sona çatıb. Üç nəfərin ölümü ilə nəticələnən və hər iki ailəyə dərin kədər yaşadan qarşıdurma Türkiyə Böyük Millət Məclisində (TBMM) əldə olunan sülh razılaşması ilə yekunlaşıb.

Modern.az xəbər verir ki, proses AK Partiyadan Şırnak millət vəkili Arslan Tatarın vasitəçiliyi və təşəbbüsü ilə baş tutub. Uzun illər davam edən düşmənçiliyin sosial sülhə ciddi zərər vurduğunu bildirən millət vəkili tərəfləri TBMM-də bir araya gətirib.

Görüşdə Nayci ailəsini Hacı Yusif Nayci, Onuk ailəsini isə Hışyar Onuk təmsil edib. Sülh danışıqlarında Bingöl millət vəkili Zeki Korkutata da iştirak edib.

Razılaşma zamanı çıxış edən Arslan Tatar bildirib ki, mövcud acıların üzərinə yeni kədərlər əlavə etmək əvəzinə qardaşlıq yolunun seçilməsi ən doğru addımdır. Onun sözlərinə görə, bu razılaşma təkcə iki ailə arasında deyil, bütövlükdə bölgədə sülh və əmin-amanlığın möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью