13 illik tarixin sonu: Modriç vidalaşdı

10.07.2025

Icma.az, Qol.az saytına istinadən bildirir.

"Real"ın futbolçusu Luka Modriç komandanın heyətində son oyununu keçirib.

QOL.az xəbər verir ki, Madrid təmsilçisi ötən gecə klublararası dünya çempionatının yarımfinalında PSJ -yə uduzub (0:4). Modriç isə 64-cü dəqiqədə Cud Bellinqemin əvəzinə meydana çıxıb. Bu da xorvatiyalı yarımmüdafiəçinin "Real"da son oyunu olub.

Daha əvvəl 39 yaşlı futbolçu turnirdən sonra Madrid klubundan ayrılacağını açıqlamışdı.

Modriç 2012-ci ildən "Real" da oynayır. O, klubda keçirdiyi 13 il ərzində 6 Çempionlar Liqası kuboku da daxil olmaqla 28 titul qazanıb. Lukanın karyerasını "Milan"da davam etdirəcəyi barədə xəbərlər yayılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью