Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Qadının 8 dollara ( təxminən 13 manat ) aldığı paltarı 1000 dollar ( 1700 manat ) qiymətləndirilən "Vera Wang" paltarı çıxıb.Demokrat.az xəbər verir ki, Britaniyalı Holli Vud xeyriyyə mağazasında 8 dollara aldığı paltarın məşhur dizayner Vera Wang-ə aid olduğunu öyrənib.
Bu dəfəki tapıntı onun üçün xüsusi olub.Qadının sözlərinə görə bazarda eyni paltarlar təxminən 1000 dollara satılır.
Holli əvvəlcə paltarı çox rəsmi hesab edib, amma toxumasına görə yenidən baxıb və alıb.O, adi xeyriyyə mağazasında belə məşhur paltar tapdığına heyrətlənib: “Belə bir şeyi əvvəllər heç vaxt tapmamışdım”, – deyə Holli bildirib.İzləyicilər isə onun paylaşımına böyük maraq göstərib, minlərlə şərh yazaraq həm paltarı, həm də onun qiymətini tərifləyiblər.Kənan Demokrat.az Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.