13 nəfər qəbul imtahanından xaric olundu

11.06.2025

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 54246 abituriyentdən (II qrup üzrə 25960 nəfər, III qrup üzrə 28286 nəfər) 2018 nəfər (II qrup üzrə 1296 nəfər, III qrup üzrə 722 nəfər) imtahanda iştirak etməyib.

Bu barədə Modern.az-a DİM-dən məlumat verilib.

Bildirilib ki, imtahanda iştirak edən abituriyentlərdən 13 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью