13 trilyonluq səfər

17.05.2025

Azvision saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

- ABŞ-da belə şey heç vaxt olmamışdı. Trilyonlarla sərmayə! 12-13 trilyon dollar artıq bilinən layihələrin həcmidir. Bəzilərinin haqqında isə yaxın gələcəkdə məlumat verəcəyik,- Tramp Əbu-Dabidə ABŞ və BƏƏ-nin işgüzar dairələrinin görüşündə deyib.
O ümid etdiyini bildirib ki, qoyulacaq sərmayələr nəticəsində ABŞ-ın hazırda $36,2 trilyonu aşan xarici borcunu əhəmiyyətli dərəcədə azaltmaq mümkün olacaq.
Qeyd edək ki, ABŞ Konqresinin büdcə komissiyasının məlumatına görə, əgər tədbir görülməsə, 2034-cü ildə ABŞ-nin xarici borcu $50 trilyona çatacaq.
Tariyel Həsənov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью