13 uşaq qan infeksiyası səbəbiylə ölüb Xəbər saytı Son xəbərlər və Hadisələr

06.12.2024

Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

Meksikanın paytaxtı Mexiko şəhərində 13 uşaq qan infeksiyası səbəbindən dünyasını dəyişib və ümumilikdə 14 yaşdan kiçik 20 nəfər xəstəliyə yoluxub.

BAKU.WS xəbər verir ki, bu barədə Meksika Səhiyyə Nazirliyi məlumat yayıb.

Xəstəliyin baş verməsi "Mexikodakı dörd tibb müəssisəsindəki parenteral qida təchizatının" mümkün çirklənməsi ilə əlaqələndirilir. Aydın olub ki, söhbət üç dövlət və bir özəl klinikadan gedir.

Nazirlikdən verilən məlumata görə, daha 7 xəstə xəstəxanalardadır və onlara lazımi tibbi yardım göstərilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью