13 yaşında avrokuboklar tarixinə düşdü

27.11.2025

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

13 yaşında avrokuboklar tarixinə düşdü

"Arsenal"ın 19 yaşadək futbolçulardan ibarət komandasının yarımmüdafiəçisi Luis Munoz UEFA Gənclər Liqasının tarixinə düşüb.

QOL.az xəbər verir ki, o, bunu 5-ci turda "Bavariya" ilə oyunda meydana çıxmaqla bacarıb (4:2).

13 yaş 343 günlüyündə olan futbolçu yarış tarixinin ən gənc oyunçusu adını qazanıb. 

Qeyd edək ki, əvvəlki rekord Cəbəllütariq "Linkoln"u ilə debüt edən Liam Payaya məxsus idi - 14 yaş 91 gün.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью