13 yaşında həkimlərlə bağlı kitab yazdı

11.11.2026

Icma.az bildirir, Bizim media portalına istinadən.

13 yaşlı Firuzə Kərimzadə Rəşad qızı həkimlik peşələrinə həsr olunan kitab yazıb.
Bizim.Media Demokrat.az-a istinadən xəbər verir ki, Bakı şəhərində anadan olan Firuzə hazırda Simurq Liseyi by Landau məktəbinin 7-ci sinfində təhsil alır və yaxşı akademik göstəricilərə malikdir.
Gənc müəllif üzgüçülük, musiqi, rəqs, səyahət, xarici dillərin öyrənilməsi və kitab yazmaqla maraqlandığını bildirib.
Firuzə kitabı yazmaq qərarının səbəbini belə izah edib:
"Mənim çoxlu maraq dairələrim var: üzməyi, musiqi dinləməyi, rəqs etməyi, səyahət etməyi, dilləri öyrənməyi və kitab yazmağı sevirəm.
Bu kitabı yazmağımın səbəbi belədir: Mən həmişə kitab yazmağı arzulamışam və qərara gəldim ki, kitabım həkimlərə həsr olunsun. Uzun müddət gələcəkdə məhz hansı ixtisas üzrə həkim olmaq istədiyimə qərar verə bilmirdim.
Buna görə də bu kitabı yazdım ki, gənc oxucular özləri üçün uyğun həkim ixtisasını asanlıqla seçə bilsinlər".
Qeyd edək ki, Firuzənin əsas məqsədi gənc oxuculara həkimlik ixtisaslarını tanıtmaq və gələcək peşə seçimlərində onlara dəstək olmaqdır.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью