13 yaşlı oğlan 4 gündür yoxa çıxıb

28.11.2024

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Bakıda yeniyetmə itkin düşüb.

“Qafqazinfo” xəbər verir ki, Sabunçu rayonu Kürdəxanı qəsəbəsi yeni yaşayış massivində yaşayan 13 yaşlı Ataşov Kənan Ramin oğlu evdən çıxaraq, bir daha geri qayıtmayıb.

Belə ki, o, noyabrın 25-də saat 13 radələrində evi tərk edib.

Faktla bağlı Sabunçu RPİ 15-ci Polis Bölməsində araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью