13 yaşlı oğlan 4 gündür yoxa çıxıb Yenilənib

28.11.2024

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakıda yeniyetmə itkin düşüb.

“Qafqazinfo” xəbər verir ki, Sabunçu rayonu Kürdəxanı qəsəbəsi yeni yaşayış massivində yaşayan 13 yaşlı Ataşov Kənan Ramin oğlu evdən çıxaraq, bir daha geri qayıtmayıb.

Belə ki, o, noyabrın 25-də saat 13 radələrində evi tərk edib.

Faktla bağlı Sabunçu RPİ 15-ci Polis Bölməsində araşdırma aparılır.

***

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları tərəfindən keçirilən axtarış tədbirləri nəticəsində itkin düşmüş 13 yaşlı K.A tapılaraq ailəsinə təhvil verilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью