13 yaşlı oğlanı öldürən sürücüyə hökm oxundu

21.05.2025

Icma.az, Avtosfer saytına istinadən bildirir.

Gədəbəy Rayon Məhkəməsində 13 yaşlı oğlanı vurub öldürməkdə təqsirləndirilən Amil Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə A.Əliyev 5 il 2 ay azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində qeydə alınıb.

KIA markalı minik maşını kənd ərazisində bayram tonqalının yanında dayanan 2011-ci il təvəllüdlü Elmir Nağıyevi vurub.

Piyada hadisə yerində ölüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью