13 yaşlı uşaq Arazda boğuldu Yenilənib

18.07.2025

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Araz çayının Saatlı şəhərindən keçən hissəsində adam batıb. 

"Qafqazinfo”  FHN-ə istinadən  xəbər verir ki, qurumun  "112" qaynar xəttinə 1 nəfərin batması barədə məlumat daxil olub. 

Axtarışlara Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.

Əlavə məlumat veriləcək.

***

Araz çayında boğulan şəxsin kimliyi məlum olub.

Belə ki, Saatlı rayon sakini 2012-ci il təvəllüdlü Ramazanlı Kənan Xəqani oğlu Araz çayında çimərkən suda boğulub. 

Hazırda axtarış işləri davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью