13 yaşlı yeniyetmə qızın meyiti Kürdə tapıldı

02.01.2025

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

2024-cü il dekabrın 24-də Zərdab rayonunda Kür çayında batan 13 yaşlı yeniyetmə qızın meyiti yanvarın 2-də tapılıb. Meyit batdığı yerdən təxminən 15 kilometr aralıda, Kür çayının Kürdəmir rayonunun Söyüdlü kəndi ərazisindən keçən hissəsində aşkarlanıb.

"Unikal" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Aran Regional Dalğıc-axtarış qrupunun əməkdaşları meyiti sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Hadisə ilə bağlı araşdırma aparılır.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью