130 il yoxa çıxan nəhəng göl geri qayıtdı Alimlər heyrətə gəldi | Icma.az
Icma.az, Qaynarinfo saytına istinadən bildirir. Kaliforniyada (ABŞ) ekoloji möcüzə baş verib: 2023-cü ildə bir əsrdən çox yoxluqdan sonra Tu
Qaynarinfo "Daily Galaxy"yə istinadən xəbər verir ki, bunun səbəbi Sierra-Nevada dağlarında qeyri-adi rütubətli qış və qarın sürətlə əriməsi
1890-cı illərdə kənd təsərrüfatı üçün qurudulma səbəbilə yox olan göl yenidən dolub və San Hoakin bölgəsinin bir hissəsini su altında qoyub.
Alimlər qeyd edir ki, Tularenin dirçəlişi qlobal iqlim dəyişikliyinin simptomu ola bilər. "Bu sadəcə daşqın deyil.
Bu gölün geri qayıtmasıdır", deyə tədqiqatçı Vivian Anderhill vurğulayıb.
Peykdən Tulare gölü Su geri qayıdanda ekosistem də bərpa olub: pelikanlar, su quşları geri dönüb, yerli Tachi Yokut tayfası isə ənənəvi mərasimlərini yenidən keçirməyə başlayıb.
Eyni zamanda gölün dirçəlişi kənd təsərrüfatına ziyan vurub - tarlalar su altında qalıb, evlər dağılıb.
2024-cü ildə gölün sahəsi azalmağa başlasa da, ekspertlər ekstremal hava hadisələrinin tez-tez baş verməsi şəraitində gölün mənzərənin daimi elementi ola biləcəyini istisna etmirlər.
Tam oxu
Xəbəri oxu