Icma.az bildirir, Metbuat saytına əsaslanaraq.
"Barselona" "Atletiko Madrid"in futbolçusu Xulian Alvaresin transferi ilə bağlı cəhdlərini davam etdirir.
Metbuat.az xəbər verir ki, Kataloniya təmsilçisi dünya çempionatından sonra "Atletiko Madrid"ə argentinalı hücumçu üçün yeni təklif göndərəcək. "The Athletic "nəşrinin məlumatıan görə, "Barselona"nın 26 yaşlı futbolçunun transferi üçün 130 milyon avro ödəməyə hazır olduğu bildirilir. Daha əvvəl Madrid klubu Kataloniya təmsilçisinin 100 milyon avroluq təklifini geri çevirmişdi.
Qeyd edək ki, Xulian Alvares dünya çempionatı zamanı gələcəyi ilə bağlı danışaraq transferə açıq olduğunu gizlətməyib. O bildirib ki, "Atletiko Madrid" rəsmiləri ilə söhbət edib və ayrılığın hər iki tərəf üçün ən doğru seçim olacağını düşünür.
Bu açıqlamadan sonra "Atletiko Madrid"in baş direktoru Migel Anxel Gil Marin "Barselona"nın müqaviləsi davam edən futbolçu ilə danışıqlar apardığını əsas gətirərək məsələ ilə bağlı FİFA-ya şikayət edəcəklərini açıqlayıb.