130 mindən artıq abituriyent tələbə olmaq istəyir

23.05.2025

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Bu il ali təhsil müəssisələrinə qəbul olmaq üçün qeydiyyatdan keçən abituriyentlərin sayı 130 mindən artıqdır.

Axar.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, ötən illə müqayisədə ərizələrin sayında təqribən 12 min artım var:

“Bu, ilk növbədə 2025-ci ildə məzun olan abituriyentlərin sayının çoxluğu ilə bağlıdır. Builki buraxılış imtahanlarında 116 mindən çox şagird iştirak edib".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью