130 ölkə gömrük rüsumları ilə bağlı ABŞ yə müraciət etdi

13.04.2025

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ-yə müraciət edərək gömrük rüsumları barədə danışıqlar aparmaq istəyən ölkələrin sayı 130-a çatıb.

Oxu.Az xəbər verir ki, bunu Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hassett CNN-ə müsahibəsində bildirib.

O həmçinin ABŞ-nin bu ölkələr üçün idxal rüsumlarını 10%-ə endirdiyini deyib.

Hassett Çinlə ticarət münaqişələrinin həlli prosesinin davam etdiyini, lakin bunun ilkin mərhələdə olduğunu vurğulayıb.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp aprelin 9-da 185 ölkə və regiondan idxal olunan mallara gömrük rüsumları tətbiq edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью