Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Vietnamda 135 min tamaşaçı tutumuna malik nəhəng bir stadion tikilir. Paytaxt Hanoyun cənubunda ucalan VinFast Stadionu tamamlandıqda, tutum baxımından dünyanın en böyük stadionu olmağı hədəfləyir.
“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, Vingroup tərəfindən həyata keçirilən layihənin 2027-ci ilin iyul ayında başa çatdırılması planlaşdırılır. Tikinti işlərinin sürətləndirilməsi ilə stadionun ilk elan edilən cədvəldən təxminən bir il əvvəl yekunlaşdırılması nəzərdə tutulur. Tikinti meydançasında işlər günün 24 saatı davam edir.
Stadion 73,3 hektarlıq ərazi üzərində salınır. FIFA standartlarına uyğun layihələndirilən tikilinin ən diqqətçəkən xüsusiyyətlərindən biri tamamilə açılıb-bağlana bilən nəhəng damı olacaq. Layihədə həmçinin 5G bağlantılı oturacaqlar və futbol meydançasının konsert sahəsinə çevrilməsini təmin edən sistemlər yer alır. pizza mizza
135 min nəfərlik tutum, bu gün dünyanın ən böyük stadionları arasında göstərilən Hindistandakı 132 min nəfərlik Narendra Modi Stadionunu da geridə qoyur. Layihə mövcud formada tamamlanarsa, Vietnamdakı bu stadion tutum sıralamasının zirvəsində qərarlaşacaq.
135 min nəfərlik stadion regionda kurulacaq nəhəng idman kompleksinin əsas tikilisi olacaq. 400 hektardan çox ərazidə 40 min nəfərlik ikinci stadionla yanaşı, 12 min nəfərlik qapalı idman zalı, 10 min nəfərlik su idman növləri mərkəzi və velodrom tikiləcək.
İdman kompleksinin də daxil olduğu layihənin ümumi ərazisi 9 min hektarı keçəcək. İdman obyektlərinin ətrafında yeni yaşayış sahələri və müxtəlif sosial obyektlər yaradılacaq. Layihənin tamamı üçün təxminən 35 milyard dollarlıq sərmayə nəzərdə tutulsa da, 135 min nəfərlik stadionun təkbaşına nə qədərə başa gələcəyi hələ ki açıqlanmayıb.
Vietnam rəhbərliyi bu sərmayə ilə bölgəni beynəlxalq idman təşkilatlarının keçirilə biləcəyi böyük bir mərkəzə çevirməyi hədəfləyir. Kompleksin tamamlanması ilə Asiya Oyunları, Olimpiada və Dünya Çempionatı kimi böyük turnirlərə ev sahibliyi edə biləcək infrastrukturun yaradılması planlaşdırılır.