135 nəfər Şuşa və Xocalıya köçdü

15.01.2025

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, Şuşa, Xocalı şəhərlərinə və Ballıca kəndinə növbəti köç yola salınıb.

Modern.az xəbər verir ki, bu gün ümumilikdə 28 ailə (135 nəfər) öz ata - baba yurdlarına qayıdır.

Qeyd edək ki, Şuşa şəhərinə 2 ailə (8 nəfər) Xocalı şəhərinə 6 ailə (25 nəfər), Xocalının Ballıca kəndinə isə 20 ailə (102 nəfər) köçürülür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью