135 nömrəli marşrutun avtobusları dəyişdirilir

31.07.2026

Azpost saytına istinadən Icma.az xəbər verir.

Sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması məqsədilə 135 nömrəli marşrut xətti üzrə avtobuslar dəyişdirilir.

Avqustun 1-dən etibarən Xırdalan şəhərini metronun “Memar Əcəmi” stansiyası ilə əlaqələndirən 135 nömrəli müntəzəm marşrut xətti üzrə istismar olunan dizel mühərrikli avtobuslar CNG texnologiyası ilə təchiz edilən böyüktutumlu “İveco” markalı avtobuslarla əvəz ediləcək.

Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 AZN müəyyən edilib.

AzPost.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью