136 milyon dollarlıq qırıcı qəzaya uğradı VİDEO

01.08.2026

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ-də dəyəri təxminən 136 milyon dollar olan F-35B qırıcısı qəzaya uğrayıb.

Modern.az xəbər verir ki, bu barədə NBC News məlumat yayıb.

ABŞ Dəniz Piyadalarına məxsus təyyarə San Dieqodakı Miramar aviabazasında qəzaya düşüb. Hadisədən sonra bazanın ərazisində yanğın başlayıb.

Pilot katapult etməyə vaxt tapıb. O, xəstəxanaya çatdırılıb və vəziyyəti stabil qiymətləndirilir.

Qəzanın səbəbi hələlik məlum deyil.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью