137 il əvvəlki qanunla həbs olundu

16.01.2026

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yaponiyada polis 26 yaşlı Fuqetsu Asari adlı birini 1889-cu ildə qəbul olunmuş  qanunla ittiham edilib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən qanun duellə bağlıdır.

Deməli, ötən ilin sentyabrında Asari 30 yaşlı Nao Masudo ilə dalaşıb. Nəticədə Masudo aldığı xəsarətlərdən xəstəxanada keçinib. Bundan sonra Asari adam öldürməkdə ittiham edilərək həbs olunub. Ona eyni zamanda 137 il əvvəl qəbul olunmuş qanunla da ittiham irəli sürülüb ki, bu da onun vəziyyətini bir qədər də çətinləşdirib.

Asari günahını boynuna alsa da, bu onu təbii ki,  məsuliyyətdən azad etməyib. O, eyni zamanda 2 maddə ilə məhkəmə qarşısına çıxarılıb.

Qeyd edək ki, Yaponiyada əgər 2 nəfər bir-biri ilə dalaşarsa və onlardan biri cüzi olsa belə zədə alaraq, bu, qanunla duel hesab edilir.

L.Tağıyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью