Icma.az, Olke.az portalına istinadən məlumat yayır. Bir çoxlarımız "sirli" 13-cü maaş barədə eşitmişik.
Hətta bəzilərimiz bu mükafatı alan bəxtəvərlədən biriyik. Bəs 13-cü maaş nədir, kimlərə verilir və nə cür hesablanır, işəgötürən bu pulu ödə
Bu məqaləmizdə çalışacayıq bu suallara cavab verək. "13-cü maaş" nədir?
Ölkə.az milli.az-a istinadən xəbər verir ki, "13-cü maaş" - ilin sonunda işçilərə pul şəklində ödənilən həvəsləndirici mükafatdır.
Məqsəd - işçlərin məhsuldarlığının və effektivliyinin artırılmasıdır. "13-cü maaş" anlayışı hələ sovet vaxtlarında yaranmışdır.
Əslində bu cür mükafatları ilin nəticələrinə görə mükafat adlandırmaq olar.
Lakin, sovet vaxtlarında xalq arasında bu mükafata "13-cü maaş" deyilirdi, çünki hər ilin sonunda işçilərə orta aylıq əmək haqqı məbləğində mükafat verilirdi.
Hüquqi əsasları Nə Azərbaycan Respublikasının Əmək Məcəlləsində, nə də başqa normativ-hüquqi aktlarda bu cür mükafatların verilməsi barədə heç bir məlumat yoxdur.