14 ay sonra ilk dəfə qızıl kəskin ucuzlaşdı

20.11.2026

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Comex” birjasında 2026-cı ilin dekabr ayı üzrə qızıl fyuçers müqavilələrinin qiyməti 8 sentyabr 2025-ci il tarixindən bəri ilk dəfə bir troya unsiyası üçün 3650 dollardan aşağı enib.

“Qafqazinfo” ticarət məlumatlarına istinadən xəbər verir ki, cümə günü Bakı vaxtı ilə saat 01:23-ə olan göstəriciyə əsasən, qızıl 2,49 faiz ucuzlaşaraq bir troya unsiyası üçün 3648,8 dollara düşüb.

Eniş dinamikası qısa müddətdə dərinləşib – Bakı vaxtı ilə saat 01:33-ə qədər fyuçerslərin qiyməti 3 faiz azalaraq bir troya unsiyası üçün 3 629,8 dollar səviyyəsinə geriləyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью