14 bəndlik saziş nəyi dəyişəcək?

17.06.2026

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, Vaşinqton və Tehran arasında imzalanması gözlənilən 14 bəndlik razılaşmanın detalları üzə çıxıb.

"Cebheinfo.az" xəbər verir ki, “Əl-Ərəbiyyə”-nin yaydığı sənədə əsasən, tərəflər müharibənin dayandırılması, sanksiyaların ləğvi, İranın dondurulmuş aktivlərinin sərbəst buraxılması və nüvə proqramı ilə bağlı bir sıra öhdəliklər götürürlər. 

Sənəddə həmçinin ABŞ-nin İrana qarşı iqtisadi məhdudiyyətləri mərhələli şəkildə aradan qaldırması və Tehranın nüvə silahı istehsal etməyəcəyinə dair öhdəliyi yer alıb.

İsrail dövlət televiziyası KAN-ın məlumatına görə, İsrail ordusu Livanın cənubunda uzunmüddətli hərbi mövcudluğa hazırlaşır.

Bildirilir ki, ABŞ və İran arasında əldə olunan razılaşmaya baxmayaraq, İsrail ordusu Livanda yarana biləcək istənilən ssenariyə qarşı hazırlıqlarını davam etdirir. Məlumatda qeyd olunur ki, İsrail xüsusilə Livanın cənub bölgələrində hərbi əməliyyatlarını davam etdirir.

İddia olunur ki, ABŞ və İran arasında əldə olunması gözlənilən razılaşma İsrailin təhlükəsizlik maraqlarına cavab vermir. 

İsrailin Livanda davam edən hərbi fəaliyyəti ABŞ və İran arasında əldə olunan razılaşmanın birbaşa pozulması kimi qiymətləndirilməsə də, bu vəziyyət anlaşmanın kövrəkliyini artıran amillərdən biri hesab olunur.

Xüsusilə "Hizbullah"ın İran tərəfindən dəstəklənən bir qrup olduğunu nəzərə alsaq, Livanda yeni gərginliyin yaranması Tehranın bölgədəki mövqeyini daha da sərtləşdirməsinə səbəb ola bilər. Bu isə Vaşinqton və Tehran arasında yeni formalaşmağa başlayan diplomatik mühitə mənfi təsir göstərə bilər.

Bununla belə, hazırkı mərhələdə İsrailin Livandakı hazırlıqlarının əsasən təhlükəsizlik və çəkindirmə məqsədi daşıdığı, ABŞ-İran razılaşmasının isə daha çox nüvə proqramı və regional təhlükəsizlik məsələlərini əhatə etdiyi bildirilir. 

Buna görə də hadisələrin qısa müddətdə razılaşmanı birbaşa təhlükə altına salacağı gözlənilməsə də, bölgədə mümkün yeni qarşıdurma dalğası regional güc balansına təsir göstərə bilər.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью