14 dəqiqə, cəmi 3 sual İlk brifinqi qane etmədi

13.10.2026

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Ağ Evin yeni mətbuat katibi Keti Zaxariyanın çərşənbə axşamı – 13 oktyabr tarixində keçirdiyi ilk brifinq administrasiyanın bəzi rəsmilərində narahatlıq doğurub.

“Qafqazinfo” xəbər verir ki, bu haqda CNN mənbələrə istinadən məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Zaxariyanın brifinqi 14 dəqiqə davam edib və o, bu müddət ərzində cəmi üç sualı cavablandırıb.

Ağ Ev rəsmiləri bu ilk çıxışdan sonra yeni mətbuat katibinin öz vəzifəsində nə qədər qalacağını sual altına alırlar.

Onların fikrincə, Zaxariyanın ilk brifinqinin ABŞ Prezidenti Donald Trampı qane etməsi ehtimalı azdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью