1:4 ə şərh: “Təəssüf ki, futbolda belə hallar olur”

16.11.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

İtaliya millisinin baş məşqçisi Roberto Mançini UEFA Millətlər Liqasında Belçikaya məğlub olduqları görüşü şərh edib.

Futbolpress.az “Tutto Mercato”ya istinadən xəbər verir ki, mütəxəssis 1:4 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Fiziki cəhətdən çətinlik çəkdik. Fransa ilə görüşdə çox güc itirmişdik və yorğunluq özünü göstərdi. Belçika bizdən daha yaxşı oynadı və qələbəyə layiq idi. Təəssüf ki, futbolda belə hallar olur. Məqsədimiz qələbə seriyası yaxalamaq idi. Oyuna yaxşı başlasaq da, sonra konsentrasiyamızı itirdik. Geridönüş etməyə çalışsaq da, alınmadı”.

İtaliya qrupu 10 xalla 3-cü sırada bitirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью