1/4 final mərhələsinin cavab oyunlarının vaxtı açıqlanıb

03.02.2025

Icma.az, sport24.az saytına istinadən bildirir.

Minifutbol üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsinin cavab oyunlarının vaxtı açıqlanıb. Sport24.az xəbər verir ki, qarşılaşmalar fevralın 5-də baş tutacaq.

İlk olaraq meydana "Star Bakı" və "Zirə" komandaları çıxacaq. Ardınca "Qalaksi" - "Sumqayıt" matçı baş tutacaq. 

Günün üçüncü qarşılaşmasında "Göyçə" ilə "Aznur" qarşılaşacaq. Mərhələyə "Laçın" - "Birbaşa Bakı" oyunu ilə yekun vurulacaq.

Qeyd edək ki, görüşlər Bakı Tennis Akademiyasında keçiriləcək.

Azərbaycan çempionatı
1/4 final, cavab oyunları
5 fevral

19:15. "Star Bakı" - "Zirə"
20:30. "Qalaksi" - "Sumqayıt"
21:45. "Göyçə" - "Aznur"
23:00. "Laçın" - "Birbaşa Bakı"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью