Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanlı sənənçi Əhəd Fərəhmənd Yamçı 14 gündür həbsdə olmasına baxmayaraq onun harada saxlanılması, kim tərəfindən həbs edilməsi və durumu haqqında heç bir məlumat yoxdur.
Gunaz.tv
Sənətkarın ailəsinə yaxın mənbələrin verdiyi məlumata görə, ailənin təhlükəsizlik və məhkəmə orqanlarına onun taleyi ilə bağlı məlumat almaq üçün dəfələrlə etdiyi müraciətlər indiyə qədər nəticəsiz qalıb.
Mənbələrə görə, məsul orqanlar onun harada olması, hüquqi statusu və işinə baxılması prosesi barədə hər hansı bir izahat verməkdən imtina ediblər.
Ailənin həbslə bağlı ilkin məlumata çıxışının olmaması Əhəd Fərəhmənd Yamçının fiziki və hüquqi vəziyyəti ilə bağlı narahatlıqları artırır. Məlumatlı mənbələr bildirirlər ki, saxlanılmanın səbəbi və ya mümkün ittihamlar barədə heç bir rəsmi əlaqə və ya hüquqi bildiriş verilməyib.