14 İL CƏZA ALAN BAŞ DİREKTORUN CİNAYƏT DOSYESİ Milyonlarla dollar mənimsəmə, Bakıda, Türki…
Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"SOCAR-AQŞ" MMC-nin keçmiş baş direktoru, 54 milyon manatlıq yeyintidə suçlanan Ramin İsayevə 14 il həbs cəzası kəsilib.
Bu iş üzrə bir ildən çoxdur Bakı Ağır Cinayətlər Məhkəməsində gedən araşdırmalar sentyabrın 8-də yekunlaşıb.
Hökmə əsasən, R.İsayev Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılması), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı) maddələriylə təqsirli bilinib.R.İsayevin yaxınlarının adına olan xeyli daşınmaz əmlak və həbs olunarkən ondan götürülmüş milyonlarla dollar nağd pul da müsadirə edilib.
Müsadirə olunmuş əmlak R.İsayevə qarşı qaldırılmış mülki iddiaların ödənilməsinə yönləndiriləcək.
Cinayət işində həbs qoyulan daşınmaz əmlaklar arasında "Sea Breeze"də ev, Bakının mərkəzində mənzil və s.
var.Bu cinayət işi üzrə üç qurum – "SOCAR-AQŞ", "Abşeron Qazma" MMC və "Aqrarkredit" QSC zərərçəkmiş qismində tanınıb.
R.İsayev çoxsaylı qohum və tanışlarını formal işə götürüb büdcə hesabına onlara yüksək maaşlar verməkdə, başqalarının adına şirkətlər yaradıb onları tenderlərdə qalib elan edərək, bunun hesabına milyonlarla dövlət vəsaitini mənimsəməkdə təqsirləndirilir.
Tam oxu
Xəbəri oxu