14 ildən sonra eyni serialda rol alacaqlar

21.08.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Türkiyənin məşhur aktrisası Bergüzar Korel “A.B.İ” serialında Kenan İmirzalıoğlunun yeni tərəf müqabili olacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə tanınmış jurnalist Birsen Altuntaş məlumat yayıb.

Qeyd edək ki, B.Korel və K.İmirzalıoğlu 2012-ci ildə çəkilən “Karadayı” serialında da baş qəhrəmanları canlandırıblar.

Korel həmçinin “Min bir gece”, “Annem Ankara”, “Vatanım sensin” kimi bir sıra məşhur layihələrdə rol alıb.

Xatırladaq ki, “A.B.İ”də İmirzalıoğlunun əvvəlki partnyoru Afra Saraçoğlu idi.




Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью