Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.
Dünya texnologiya nəhəngi "Apple"da uzun illərdir gözlənilən böyük rəhbər dəyişikliyi artıq rəsmiləşib və bu addım şirkətin gələcək taleyini tamamilə dəyişə bilər. Stiv Cobsdan sonra sükan arxasına keçən və brendi trilyonluq imperiyaya çevirən şəxs artıq yerini gənc xələfinə təhvil verir.
Demokrat.az xəbər verir ki, "Apple" şirkətinin baş icraçı direktoru Tim Kuk vəzifəsindən ayrılır.
Onun yerini şirkətin avadanlıq mühəndisliyi üzrə baş vitse-prezidenti Con Ternus tutacaq. Ternus sentyabrın 1-dən etibarən yeni vəzifəsinin icrasına başlayacaq. 2011-ci ildə qurucu Stiv Cobs xəstəliyi ilə bağlı postunu tərk etdikdən sonra rəhbərliyə gələn 65 yaşlı Kuk isə tamamilə uzaqlaşmır. O, direktorlar şurasının icraçı sədri kimi fəaliyyətini davam etdirəcək.
Tim Kuk xələfi haqqında danışarkən bildirib ki, 50 yaşlı Con Ternus son 25 ildə şirkətdə göstərdiyi fəaliyyəti ilə bu vəzifəyə ən layiqli namizəddir.
Qeyd edək ki, Tim Kukun "Apple" karyerası 1998-ci ildən başlayıb. Onun 15 illik rəhbərliyi dövründə şirkət ağlasığmaz maliyyə uğurlarına imza atıb. Belə ki, 2011-ci ildə 108 milyard dollar olan illik gəlir ötən ilin sonunda 416 milyard dollara qədər yüksəlib.
İsmayıl
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. Demokrat.az xəbər verir ki, "Apple" şirkətinin baş icraçı direktoru Tim Kuk vəzifəsindən ayrılır.