14 ildir eyni ölkədə səfirdir, sabah 80 yaşı tamam olur

22.06.2026

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Rzaqulu oğlu Quliyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Ölkə.az diplomatın dosyesini təqdim edir:

Hüseyn Rzaqulu oğlu Quliyev 1946-cı il iyunun 23-də Naxçıvan şəhərində anadan olub. 1953-1965-ci illərdə Naxçıvan şəhəri 3 saylı orta məktəbində oxuyub. 1965-1970-ci illərdə M.Əzizbəyov adına Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun (hazırkı Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) mühəndis-texnoloq ixtisası üzrə təhsil alıb.

1970-1991-ci illərdə Moskva şəhərində SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşı olub.

1978-1982-ci illərdə SSRİ-nin Kiprdəki səfirliyində birinci katib-müşaviri işləyib.

1984–1990-cı illərdə SSRİ-nin Türkiyədəki səfirliyində birinci katib-müşaviri postunu tutub.

1991-1995-ci illərdə Moskva şəhərində Xarici Kəşfiyyat Xidmətinin əməkdaşı olub.

1995-1997-ci illərdə Türkiyənin “İDİL” inşaat şirkətinin Rusiya nümayəndəliyində, 1997-2007-ci illərdə Rusiyanın “Trans-nafta” şirkətinin vitse-prezident vəzifəsində çalışıb.

2007-2009-cu illərdə Azərbaycan Xarici İşlər Nazirliyində şöbə müdiri, 2009-2012-ci illərdə idarə rəisi olub.

2012-ci ildə Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Prezident İlham Əliyevin 2019-cu il iyulun 9-da imzaladığı sərəncamla, Azərbaycanın diplomatik xidmət orqanlarında səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb.

2026-cı il iyunun 22-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən “Mehnat şuxrati” ordeni təqdim edilib.

Evlidir, iki uşağı və üç nəvəsi var.

Həmidə İbrahimova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью