1,4 milyon məlumat darknetə sızdırıldı KONKRET

05.09.2026

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Berlin administrasiyasının şəbəkəsinə edilən kiberhücumdan sonra hakerlər oğurladıqları təxminən 1,4 milyon məlumatı darknetdə yayımlayıblar.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, məlumatları yayımlayan Rhysida adlı haker qrupu daha əvvəl Berlin Senatından təxminən 2 milyon avro fidyə tələb edib.

Senatın ödəniş etməkdən imtina etməsindən sonra hakerlərin verdiyi müddət sentyabrın 4-də başa çatıb və məlumatlar darknetdə bir neçə paket şəklində yüklənib.

RBB-nin məlumatına görə, yayılan fayllar arasında əməkdaşların iş xasiyyətnamələri, tender sənədləri, işçilərin qiymətləndirmələri və şəxsi işləri də var. Bəzi məlumatların təhlükəsizlik baxımından həssas olduğu bildirilir.

Məlumatların içərisində Berlin administrasiyasının əməkdaşları, vətəndaşlar və şirkətlərə aid şəxsi məlumatların da ola biləcəyi qeyd edilir. Hazırda Berlin hakimiyyəti və İT-forensika mütəxəssisləri yayılan materialları araşdırırlar.

Hakerlərin hücum zamanı ümumilikdə 5 terabaytdan çox məlumat əldə etdiklərini iddia etdikləri bildirilir. Tagesspiegel isə darknetdə 1 439 893 faylın və 5,26 terabayt həcmində məlumatın yayımlandığını yazıb.

Məlumatların hansı hissəsinin həqiqətən oğurlandığı və yayımlandığı ilə bağlı araşdırma davam edir. Berlin Senatı kiberşantaja boyun əyməyəcəyini bildirib.

Günay Əli 

KONKRET.az 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью