14 milyon tona yaxın yük daşınıb

07.10.2026

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Dəmir Yolları 2026-cı ilin yanvar-sentyabr aylarına 14 milyon tona yaxın yük daşıyıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11% çoxdur.

“Cebheinfo.az” xəbər verir ki, qeyd olunan dövrdə tranzit daşımaları 15% artaraq 5.7 milyon tona çatıb.

Tranzit yükdaşımalarda Şərq-Qərb dəhlizi üzrə 20%, Şimal-Cənub istiqaməti üzrə isə 26% artım qeydə alınıb.

Bu ilin sentyabrında ümumi yükdaşıma həcmi 29%, tranzit daşımalar isə 37% artıb.

Nigar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью