14 nəfərlik erməni qruplaşma belə həbs edildi VİDEO | Icma.az
Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ Daxili Təhlükəsizlik Departamenti Los-Ancelesdə 30 milyon dollara yaxın pul mənimsəməkdə şübhəli bilinən 14 nəfərlik erməni qrupunu həbs edib.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ mətbuatı yazıb. Pul COVID pandemiyası zamanı yardım və kiçik biznes kreditləri üçün nəzərdə tutulub.
Müstəntiqlərin fikrincə, qrupun lideri saxta sənədlərlə şirkətlər yaratmaqda və milyonlarla dolları mənimsəməkdə ittiham olunan erməni əsilli Uilyam Makqrayandır.
Hüquq-mühafizə orqanlarının əməkdaşları axtarışlar zamanı pul vəsaitləri, texnika və silahlar götürüblər.
Şübhəlilər sui-qəsddə, bank və vergi fırıldaqlarında, həmçinin çirkli pulların yuyulmasında ittiham olunurlar.
Qeyd olunub ki, bu, son iki həftədə ifşa edilən ikinci erməni qruplaşmasıdır.
Ağarza Elçinoğlu Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu