14 saxta polis həbs edilib

18.11.2024

Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.


İlin əvvəlindən özünü polis əməkdaşı kimi təqdim edən, vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən, dələduzluqla məşğul olan 14 nəfər saxta polis həbs edilib.
Newscenter.az xəbər verir ki, bu barədə "Sputnik Qazaxıstan" məlumat yayıb. Bildirilib ki, noyabrda bir qrup şəxs özlərini Çimkənddə polis məmurları kimi təqdim edərək vətəndaşdan 1,5 milyon təngə alıblar.
Eyni şəkildə Aktobedə iki gənc özünü polis kimi təqdim edərək şəhərin iki sakininə hücum edərək 300 min təngə pulunu alıb.
Mehman Mehdiyev
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью