14 saylı həbsxananın rəisi vəzifədən azad edilib

18.02.2025

Icma.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmət 14 Saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsinin rəisi vəzifəsindən azad edilib.

Məlumata görə, Penitensiar Xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidovun təqdimatı əsasında, ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə Həsənov Rövşən Musa oğlu vəzifəsindən azad olunub.

Digər əmrlə, Məmmədov Emil İlyas oğlu 14 Sayli Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsinin rəisi təyin edilib(Qaynarinfo).

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью