14 türk gəmisi Hörmüzdə qalıb: Türkiyə İranla danışıqlar aparır

02.04.2026

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Türkiyə gəmilərinin Hörmüz boğazından keçməsi üçün İranla intensiv danışıqlar aparır.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraloğlu da jurnalistlərə açıqlamasında bildirib ki, hazırda Hörmüzdə ümumilikdə 14 Türkiyə gəmisi var:

“3 gəminin oradan çıxmaq tələbi yoxdur. Onlar bəlli əməliyyatlar üçün ordadır.

Digər gəmilərin çıxarılması üçün görüşlər davam edir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью