Medicina saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Heyli Bruks 14 yaşında olarkən menopoz keçirib. Belə gənc yaşda təbii olaraq ana ola bilməyəcəyini öyrənəndə həyatı alt-üst olub. İndi 43 yaşı olan Heyli erkən diaqnozun bütün gənc qadınlar üçün çox vacib olduğunu deyir.

Medicina.az xəbər verir ki Londonda yaşayan qadın, yaşından asılı olmayaraq bir çox qadının menopoz simptomlarına məhəl qoymadığını vurğulayır:
“Menopoz üçün müəyyən bir yaş yoxdur. Bəzi həkimlər qadınlara “Siz bunun üçün çox gəncsiniz” deyirlər. Lakin bu, 20, 30 və ya daha sonra başlaya bilər”.

Heylinin menstrual dövrü 12 yaşında başlayıb, lakin bir il ərzində tamamilə dayanıb. O, gecələr şiddətli tərləmə, qızdırma, yuxusuzluq və məktəbdə diqqəti cəmləməkdə çətinlik çəkmək kimi ağır simptomlar yaşadığını deyir. Qan analizləri və ultrasəs müayinələri onun yalnız bir yumurtalığı olduğunu göstərib.
Bu diaqnozla Heylinin təbii yolla hamilə qala bilməyəcəyi deyilib:
“Menopozun demək olar ki, bütün simptomlarını yaşadım. Gənc yaşda belə bir diaqnozun qoyulması məni utandırdı və özümü tənha hiss etdirdi”, deyə o, bildirir.

O deyir ki, gəncliyində yaşadığı hadisələr özünəinamını sarsıtmış və zehni sağlamlığına dərin təsir göstərib. İllər sonra o, təcrübələrini bölüşmək qərarına gəlib və erkən menopoz yaşayan qadınlara dəstək olmaq üçün səsini ucaltmağa başlayıb:

“Bu vəziyyət yalnız böyüklərdə baş vermir. Hətta yeniyetmə qızlarda da özünü göstərə və həyatlarının gedişatını tamamilə dəyişdirə bilər.”

40 yaşında bir oğul övladlığa götürmüş və bu gün dörd yaşlı oğlu ilə həyatının ən dinc dövrünü yaşadığını deyir.
Aygün
Medicina.az