Icma.az bildirir, Idman.biz portalına istinadən. Azərbaycanın FİDE reytinqindəki ən yaxşı qadın şahmatçısı dəyişib.
İdman.biz xəbər verir ki, ötən həftə açıqlanan mart reytinqində ölkəmizin ən yaxşı təmsilçisi Gövhər Beydullayeva (2400) olub.
O, 43-cü pillədə qərarlaşıb. Günay Məmmədzadə (2396) 51-ci, Ülviyyə Fətəliyeva (2387) 57-ci yerdə olub.
Bununla da Azərbaycan qadın şahmatının lideri dəyişib. Uzun illər siyahıda ən yaxşı təmsilçimiz adını özündə saxlayan Günay bu dəfə ikinci y
Məmmədzadənin FİDE reytinqindəki bu hegemonluğu həqiqətən uzun sürüb.
O, 2018-ci ilin martında – hələ heç 18 yaşı olmamış ölkəmizin reytinqdəki “1 nömrə”si adına sahib çıxıb.
Günay həmin vaxtdan düz 7 il zirvəni əlində saxlayıb. Ardıcıl 84 reytinq siyahısında Azərbaycanın ən yaxşısı olub.
Bu illər ərzində liderin ən yaxın izləyiciləri dəfələrlə dəyişib.