Icma.az, Gununsesi portalına istinadən məlumat verir.
Gəncə şəhərinin Sevinc qəsəbəsində yaşayan 14 yaşlı Camal 4 gündür itkin düşüb.
Bu barədə Gununsesi.info-ya onun yaxınları məlumat verib.
Yaxınlarının bildirdiyinə görə, Camal evdən çıxıb və bir daha geri qayıtmayıb. Onun əqli inkişafının yaşına uyğun olmadığı, təxminən 6-7 yaşlı uşağın düşüncə səviyyəsində olduğu bildirilib.
Məlumata görə, Camal sonuncu dəfə Dəliməmmədli ərazisində görülüb. Hazırda onun harada olduğu məlum deyil.
Evdən çıxarkən onun üzərində qara köynək və qara şalvar olub.
Camalı görən və ya onun yeri barədə hər hansı məlumatı olan şəxslərdən dərhal polisə məlumat vermələri xahiş olunur.
Həmçinin məlumatı olan şəxslər Camalın valideynləri ilə əlaqə saxlaya bilərlər.
Anası Minə: 055 347 71 04
Atası Yunis: 055 347 71 05
Şəbnəm