14 yaşlı oğlan kanalda boğuldu

04.08.2026

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

Mingəçevirdə 14 yaşlı yeniyetmə Qarabağ kanalında batıb.

Moderator.az xəbər verir ki, hadisə Qarabağ kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində baş verib.

Məlumata görə, Mingəçevir şəhər sakini Nicat Şərifzadə kanalda çimərkən batıb.

Hazırda yeniyetmənin axtarışları davam etdirilir. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью