14 yaşlı oğlan kanalda boğuldu

12.12.2024

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Ağdaşda 14 yaşlı oğlan su kanalına düşərək ölüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Qoşaqovaq kəndində qeydə alınıb.

2010-cu il təvəllüdlü Vüqar Zakirli dərsdən qayıdan zaman Şirvan Suvarma kanalının ətək hissəsində əlini yuyan zaman sürüşərək kanala düşüb.

Nəticədə yeniyetmə suda boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью