14 yaşlı oğlan və 32 yaşlı qadın dəm qazından öldü

09.11.2024

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Siyəzəndə ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, rayon sakini 2010-cu il təvəllüdlü Asim Muradov yaşadığı evin hamam otağında olarkən dəm qazından boğularaq vəfat edib.

Oxşar hadisə Xaçmazda da baş verib. Paytaxt sakini 1992-ci il təvəllüdlü Nuranə Şıxəliyeva Xaçmaz şəhərindəki mənzilin hamam otağında dəm qazından dünyasını dəyişib.

Hər iki fakt üzrə aidiyyəti rayonların prokurorluqlarında araşdırma aparılır.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью