14 yaşlı qız babasının evindən yoxa çıxdı

08.05.2025

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Masallıda 14 yaşlı qız itkin düşüb.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Banbaşı kəndində baş verib. 2011-ci il təvəllüdlü Lamiyə Cavid qızı Tağıyeva aprelin 12-də saat 20 radələrində babasına məxsus evdən çıxaraq itkin düşüb.

Faktla bağlı Masallı Rayon Polis şöbəsində araşdırma aparılır.

Aqil Vəlili

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью