14 yaşlı Yasin həyətində qəfil vəfat edib

16.09.2026

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyənin Ədirnə vilayətinin Keşan rayonunda 14 yaşlı Yasin Şişekıran evlərinin həyətində qəfil vəfat edib.

Sherg.az xəbər verir ki, Paşayiğit Orta məktəbinin 8-ci sinif şagirdi olan Yasin həyətində olarkən qəfil halı pisləşərək yerə yıxılıb. O, təcili olaraq Keşan Dövlət Xəstəxanasına aparılıb. Həkimlər onun ürək tutması keçirdiyini müəyyənləşdiriblər.

Müdaxilələrə baxmayaraq, 14 yaşlı şagirdin həyatını xilas etmək mümkün olmayıb.

Meyit prokuror və jandarmanın araşdırmasından sonra ekspertiza üçün Ədirnə Məhkəmə Tibb İnstitutuna göndərilib. Hadisə ilə bağlı araşdırma davam edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью