140 ildən çoxdur inşası davam edən bazilika bu il tamamlanır

20.06.2026

Icma.az, Kulis.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Barselonada dahi memar Antoni Qaudinin 140 ildən artıqdır inşası davam edən şah əsəri "Saqrada Familia", yeni texnologiyalar sayəsində nəhayət bu il tamamlanır.

"Gazeta" ru xəbər verir ki, tikinti müddətini təxminən yarım əsr qısaldan müasir modüler sistem və "Henkel" şirkətinin təmin etdiyi 24 tonluq yüksək texnologiyalı xüsusi yapışdırıcı vasitəsilə İsa Məsih qülləsi tamamlanaraq ucaldılıb.

Roma Papası XIV Leonun bu günlərdə ziyarət edərək müqəddəsləşdirdiyi bu mərkəzi qüllə, 172,5 metr hündürlüyə çataraq bazilikanı rəsmən dünyanın ən uca dini tikilisi edib.

Qaudinin vəfatının 100-cü ildönümünə təsadüf edən bu tarixi uğur, 19-cu əsrin memarlıq estetikası ilə 21-ci əsrin ən qabaqcıl mühəndislik kimyasının möhtəşəm ittifaqı sayəsində mümkün olub.

Yataqda ölənə şaşan Türkəm mən - Əmin Abid Gültəkin Dünyazat - Salman Rüşdinin hekayəsi Həsən Əblucun həyat yoldaşı vəfat etdi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью